Türkiyənin “dərin dövləti” ABŞ-ın Azərbaycanla bağlı DƏHŞƏTLİ PLANINI AÇDI: Ermənistan…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“ABŞ-ın Böyük Yaxın Şərq xəritəsində dəfn ediləcəyini
bilirdik. ABŞ Silahlı Qüvvələri, Türkiyə başda olmaqla, Yaxın Şərq
ölkələrini bölmə xəritəsini dərc etmişdi. ABŞ xəritə deyil, özü
üçün bir məzar qazıb. Xəritəni qaldırsanız, orada bir məzar
görərsiniz”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin
“Aydınlıq” qəzetində Vətən Partiyasının lideri, Türkiyə “dərin
dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek yazıb.

Onun sözlərinə görə, ABŞ-ın başındakı Buş-Rays (kiçik Corc Buş.
2001-2009-cu illərdə ABŞ prezidenti olub. Kondaliza Rayz
2002-2005-ci illərdə milli təhlükəsizlik müşaviri, 2005-2009-cu
illərdə dövlət katibi vəzifələrində çalışıb – red.) şəbəkəsi bu
xəritədə gömüləcək.

D.Perikcek 29 iyul 2006-cı il tarixində Ankaranın Sakarya
kücəsində keçirdiyi mətbuat konfransı və ABŞ-ın səfirliyi
qarşısında söylənilən fikirləri xatırladıb:

“Amerikanı o xəritəyə göməcək güclərin xəritəsini ABŞ-ın
səfirliyi qarşısında açıqladıq. Xəritəyə görə, Türkiyə, İran, İraq,
Suriya, Səudiyyə Ərəbistanı və Pakistan parçalanmalı idi.
Azərbaycan torpaqlarının bir hissəi Ermənistana və Türkmənistan
torpaqlarının bir hissəsi isə ABŞ-ın “kuklası” Kərzaiyə
(Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai – red.) verilirdi.
Hansı güclə? Sərhədlər mürəkkəblə deyil, güclə çəkilir. Hər real
xəritədə bir riyaziyyat var. Bütün bu ölkələri qarşısına alan ABŞ
özünü Yaxın Şərqə dəfn edəcək bir güc müəyyən edib. İraq xalqı ilə
bacarmayan ABŞ ordusu Türkiyə, İran, Suriya və digər Yaxın Şərq
ölkələrini parça-parça edəcəkmiş. Bir tək Türkiyə, İran və Suriya
üçlüyü belə bu planı pozacaq gücdədir. Atomu parçalaya bilərlər,
amma Türkiyəni əsla”.

Partiya sədri qeyd edib ki, göründüyü kimi, ABŞ özünün
hazırladığı bu xəritədə gömülür.

“Gömülmək Obamalara, Tramplara, Tillersonlara nəsib oldu. ABŞ-ın
dövlət katibi Reks Tillersona da bir zamanlar mürəkkəblə cızdıqları
xəritə göstərilməli və məzara gömülən o xəritənin başında bir anma
çıxışının edilməsi üçün söz verilməlidir. Tillersona 2018-ci il
büdcəsində PKK/YPG üçün ayrılan 550 milyon dolların da cənazə xərci
olacağı bildirilməlidir”, – o yazıb.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp