Türkiyədən ABŞ-a Münbiç TƏKLİFİ – Vaşinqton susur



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə ABŞ-a Münbiçdə ortaq hərəkət etməyi təklif
edib.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi
məlumat yayıb.

Məlumata görə, təklifdə YPG-nin Münbiçdən çıxaraq Fərat çayının
şərqinə çəkilməsi qeyd olunur. YPG çıxandan sonra Türkiyə və ABŞ
əsgərləri Münbiçdə birgə hərəkət edəcəklər.

Bu təklif Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillersona
təqdim olunub.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da “YPG Münbiçdən
çıxaraq Fəratın şərqinə çəkiləndən sonra ABŞ-la birgə addım ata
bilərik” deyə qeyd edib.

ABŞ tərəfi bu təklifi dəyərləndirəcəklərini açıqlayıblar.

Asif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp