Türkiyə bu döyüşü mütləq qazanacaq – Terrorçulardan ETİRAF



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Daha əvvəl Afrində Türkiyə Silahlı Qüvvələri ilə
döyüşəcəklərinə dair videoları sosial şəbəkələrdə dərc edən Çin
əsilli ingilis terrorçu “Tayms” nəşrinə danışıb.

Publika.az xəbər verir ki, YPG-nin (PKK terror
təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu –red.) üzvü
Huanq Li Afrində Türkiyəni dayandıra bilməyəcəklərini söyləyib.

“Türk birliklərini dayandıra biləcəyimizə şübhə edirəm. Onların
tankları, zirehli texnikaları, qırıcıları və peykləri var. Türkiyə
böyük bir ölkədir, sanki bir savaş maşınıdır. Biz az vaxt aparsa
da, bir gün döyüşü mütləq qazanacaqlar. Bu döyüşü qazana
bilməyəcəyik”, – o bildirib.

Xəbərə görə, 15 YPG terrorçusuna rəhbərlik edən 24 yaşındakı
Huanq Li Çində doğulub və yeniyetmə yaşlarında İngiltərəyə köçüb.
Mançester şəhərində təhsil alan Li 3 ildir terror təşkilatının
sıralarında döyüşür.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp