Trampın Miqrasiya fərmanı müsəlmanların hüquqlarını tapdayır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-ın Virciniya ştatının Apellyasiya Məhkəməsi ölkə
prezidenti Donald Trampın 6 müsəlman ölkəsindən olan vətəndaşların
Birləşmiş Ştatlara gəlişinə müvəqqəti qadağa qoyan Miqrasiya
fərmanının müsəlmanları ayrıseçkiliyə məruz qoyması barədə qərar
çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters”
məlumat yayıb.

Məlumatda bildirilir ki, məhkəmə bunun həmçinin Amerika
Konstitusiyasına zidd olduğunu bildirib.

“Prezident Trampın və icra hakimiyyətinin digər rəsmi
şəxslərinin rəsmi bəyanatlarını, həmçinin bəyannamənin (Miqrasiya
fərmanı – red), araşdıraraq bu nəticə çıxardıq ki, bəyannamədə
İslamla bağlı düşmənçilik var və buna görə Konstitusiyaya ziddir”,
– deyə hakim Rocer Qreqorinin qərarında deyilir.

Tramp 2016-cı ilin yanvarında prezident vəzifəsinin icrasına
başladıqdan sonra əhalisi əsasən müsəlmanlardan ibarət olan 7 ölkə
vətəndaşlarının ABŞ-a girişinə 90 günlük qadağanın tətbiqi haqqında
fərmanı imzalayıb. Bunlar: İran, İraq, Yəmən, Liviya, Suriya,
Somali və Sudandır. Sonradan İraq bu siyahıdan çıxarılıb.

ABŞ-ın bir neçə federal məhkəməsi bir qədər sonra fərmanı
bloklamaq barədə qərar qəbul ediblər. Ötən ilin iyununda ABŞ Ali
Məhkəməsi sənədin hüquqi qüvvəsini qismən bərpa edib. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp