Saytlarda reklamları bloklayan mexanizm hazırlandı- CƏRİMƏ TƏTBİQ OLUNACAQ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

15 fevraldan etibarən zəhlətökən reklam elanlarını
bloklayan sistem istifadəyə verilib.

Publika.az xəbər verir ki, ilk olaraq bu
mexanizm Ququl şirkəti tərəfindən hazırlandı. Xüsusilə Xrom
brauzerə qarşı. Belə ki, brauzerə qurulmuş reklamları bloklayan
mexanizm koalisiya tərəfindən hazırlanmış standartları pozan bəzi
növ (+18) reklam elanlarını qadağan edir. Bundan başqa qəbuledilməz
elanlar kateqoriyasına avtomatik üzə çıxan pəncərələr, səsli
videolar, saytın yüklənməsindən öncə ekranda görsənən taymerdən
istifadə edən reklam və başqa elan növləri daxildir.

Mexanizm istifadəçiləri bezdirən zəhlətökən reklamla mübarizə üçün
hazırlanıb. Mexanizm əsaslı olaraq 3 mərhələdən ibarətdir. Əvvəlcə
Ququl şirkəti saytları koalisiyanın standartları baxımından
qiymətləndirir. Mexanizm qəbuledilməz reklamlar kateqoriyasına
daxil olan növ reklamların getdiyi saytlara müvafiq xəbərdarlıq
gedir. Sayt rəhbərliyinə 30 gün ərzində sözügedən problemləri
aradan qaldırması üçün zaman verilir.

Lakin xəbərdarlığa əhəmiyyət verilmədiyi halda Ququl Xrom
brauzeri həmin saytdakı bütün reklam elanlarını bloklayacaq. Ququl
Xrom brauzerinin masaüstü və mobil versiyasının istifadəçiləri
lazım olduqda bu və ya digər səhifədə reklamının bloklanmasını
deaktiv edə biləcəklər.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp