Sağlam dəri və gözəllik üçün 4 faydalı məhsul
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Heç kimə sirr deyil ki, gözəllik birbaşa yediyimiz
qidalardan asılıdır.
Publika.az bu yazıda oxucuları dərinin
regenerasiyasını sürətləndirən, onu daha yumşaq və elastik edən
qidalarla tanış edib.
Güzgüyə baxanda kimi görürsən? Solğun bənizli, yorulmuş və əldən
düşmüş qadını? Onda bu məhsulların təcili rasiona daxil edilməsi
lazımdır.
Yaşıl rəngli tərəvəz
Əgər dəri rənginin sağlam olmasını istəyirsənsə, tərkibində
çoxlu A vitamini olan brokkoli və ispanaq yeyin. Onlar hüceyrələrə
imkan verir ki, regenerasiya prosesi daha tez baş versin. Bu
bitkiləri həm pendirlə, həm az qaynadılmış, həm də dondurulmuş
şəkildə yemək olar.
Sitrus bitkiləri
Qadınların qida rasionununda limon, portağal, naringi kimi
sitrus bitkiləri üstünlük təşkil etməlidir. Onların tərkibində olan
yüksək antioksidantlar və C vitamini dərinin mühafizəedici
xassələrini yaxşılaşdırır, onu daha sağlam təsir bağışlayır.
Sitrus meyvələri öz faydalı xassələri nəticəsində kollagen
sayının lazımi səviyyədə olmasına kömək edir, bununla da dərinin
təravətini itirməsinin və qırışların yaranma prosesinin qarşısını
alır.
Balıq
Siyənək, tunes, qızıl balıq, molyusklar və digər balıq növləri
qadın orqanizmi üçün faydalı olan Omeqa 3 yağ turşuları ehtiva
edir. Omeqa 3 yağları onun üçündür ki, dərini daxildən
qidalandırsın və parlaq etsin. Bu, o demək deyil ki, hər gün balıq
yemək lazımdır, faydalı təsirindən yararlamaq üçün heç olmasa
həftədə iki dəfə kifayətdir.
Avokado
Əvvəllər mağazalarda görəndə yanından laqeyd ötdüyünüz bu
meyvəni rasiona əlavə etməyə dəyər. Məsələ ondadır ki, onun tərkibi
E vitamini ilə zəngindir. E vitamini və digər faydalı qida
maddələri dərini dərindən nəmləndirir. Mütəxəssislər bildirirlər
ki, avokadodan tez-tez istifadəsi imkan verir ki, qırışların və
dəri sallanmasının yaranmasının qarşısını alsın.
Aytən