Şəhriyar del Geranidən Vasif Məhərrəmliyə SƏRT CAVAB: “Getsin…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Vasif Məhərrəmli haqlıdır. Həqiqətən mənim əqli
problemlərim var. Belə olmasaydı, Azərbaycan kimi cəmiyyətdə elmlə,
ədəbiyyatla, maarifçiliklə deyil, manıslıqla məşğul
olardım”.

Bu sözləri Kulis.az-a açıqlamasında tanınmış şair
Şəhriyar Del Gerani müğənni Vasif
Məhərrəmlinin
onun haqqında səsləndirdiyi sərt tənqidi
fikirlərə cavab olaraq söyləyib.

Xatırladaq ki, dünən aparıcı Elgizin təqdimatında ARB kanalında
efirə gedən “Səhər-səhər” proqramında müğənni V.Məhərrəmli
Şəhriyarı nəzərdə tutaraq belə deyib: “Səməd Vurğundan
böyük şairəm deyənin ağlında çatışmazlıq, problem
var”.

Şəhriyar Del Gerani daha sonra müğənniyə cavab olaraq
aşağıdakıları qeyd edib:

“Kef eləsinlər, cəmiyyət onların cəmiyyətidir. Başda Elgiz
olmaqla digər televiziya jurnalistlərinə analoji polemik müstəvilər
verin, müzakirə etsinlər. Məsələn, Axundov Füzulini şair hesab
etmirdi. İsrail Məmmədovu çağırıb bunu müzakirə etmək olar. Və ya
Səməd Vurğun Hüseyn Cavidi şarlatan adlandırmışdı və onun
ədəbiyyata dəxli olmadığını demişdi. İbrahim Borçalı ilə də bunu
müzakirə etmək olar. Hər şey bir yana, Azərbaycan dilini ana dilim
adlandıran, dil mənim namusumdur deyən və bu dildə bütün günü
toyxanalarda sağa-sola oxuyub pul qazanan müğənni dostumuza sadə
bir test tapşırığı verirəm. Bu tapşırıqdan məharətlə çıxsa, bütün
media və oxucuların qarşısında söz verirəm ki, şəxsi avtomobilimi
ona hədiyyə edəcəm. Amma siz zəng eləyin ona, səsini də yazın.
“Azərbaycan mənim vətənimdir” cümləsini morfoloji təhlilə
çəksin. Çox xahiş edirəm, səsini mütləq yazın. Yox, əgər bilməsə,
getsin, Baloğlan Əşrəfovun “Ay uçan quşlar” mahnısına təzədən qulaq
assın. Eşqlərimlə!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp