Rusiya şəbəkəyə “NotPetya” virusu yaymaqda ittiham olunur



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Böyük Britaniya və ABŞ-da yayılan kompüter virusundan
sonra növbəti kiberhücumlar Avstraliyada qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə mətbuata
Avstraliyanın hüquq-mühafizə orqanları və kiber təhlükəsizlik
məsələləri üzrə naziri Enqus Teylor məlumat verib. Jurnalistlərə
açıqlama verən nazir qeyd edib ki, hökumət bu işdə bilavasitə
Rusiyanı ittiham edir.

Belə ki, şəbəkəyə buraxılan “NotPetya” kompyuter virusu ötən
ilin iyununda bir neçə ölkədə şirkətlərin “İT” sistemini sıradan
çıxarıb. Virus daha çox Ukrayna hökümətinin gizli mənbələrini
dağıdıb. Neft, energetika, telekommunikasiya və əczaçılıq
şirkətlərinin, habelə dövlət orqanlarının kompyuterləri hücuma
məruz qalıb.

Bu səbəbdən Rusiyanı sözügedən virusu yaymçaqda ittiham edən
Avstraliyalı nazir bildirb ki, ABŞ-ın kiber təhlükəsizlik
məsələləri üzrə səlahiyyətli şəxslərlə məsləhətləşdikdən sonra bu
işdə Rusiya Federasiyasının əli olduğu qənaətindəyik:

“Bunu Avstraliya kəşfiyyat agentliklərinin informasiyasına
əsaslanaraq deyirəm. ABŞ, eləcə də Birləşmiş Krallığın hökumət
orqanları ilə geniş müzakirələr aparmışıq. Son olaraq qərara gəldik
ki, Rusiya Federasiyası hadisə üçün məsuliyyətli olan
cinayətkarları dəstəkləyib”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp