“Rusiya ilə müharibə mümkün deyildi” – Kiyevdən Krımın ilhaqı barədə ŞOK ETİRAF



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Moskvada nüvə silahının mövcudluğuna görə Kiyev Rusiyaya
müharibə elan edə bilmir.

Publika.az “Obozrevatel” nəşrinə istinadən
xəbər verir ki, bu haqda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə
Şurasının katibi Aleksandr Turçinov Kiyevdə Ukraynanın sabiq
prezidenti Viktor Yanukoviçin məhkəmə prosesi üzrə prosesdə
çıxışında deyib.

“Rusiya kimi nüvə dövlətinə qarşı durmaq üçün vasitələrimiz
yoxdur. Biz təcavüzkara müharibə elan edə bilmirik, çünki Rusiya
nüvə dövlətidir”, – o deyib.

Beləliklə, Turçinov Krımın ilhaqından sonra Kiyevin Rusiyaya
müharibə elan etməməsinin səbəbini izah edib.

Turçinov həmçinin “112 Ukrayna” telekanalının efirində bildirib
ki, Kiyevin fevral-mart aylarında Krımda terrorçuluğa qarşı
əməliyyatı həyata keçirməməsinin səbəblərindən biri Ukrayna
Təhlükəsizlik Xidmətinin 90 faiz əməkdaşının ölkəni satması
idi.

Ukraynanın keçmiş müdafiə naziri, general-polkovnik Mixail Koval
öz növbəsində, bildirib ki, Krım 2014-cü ildə “qanda boğula”
bilərdi. O bu haqda Yanukoviçin işi üzrə dindirmə zamanı
danışıb.

“Mən sizə iki yüz faiz zəmanət verirəm ki, əgər birinci atəş
açılsaydı, Krım qanda batırılmış olardı”, – Koval vurğulayıb.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp