Röya Sevdanın keçmiş görüntüləri barədə görün NƏLƏR DEDİ: “…vicdanını satır”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Röya Ayxan dünən arxiv görüntüləri yayılan Sevda
Yahyayevaya dəstək olub.

Publika.az xəbər verir ki, Əməkdar artist
həmkarına əziyyətli keçən keçmişi ilə qürur duymağı məsləhət
görüb:

“Gözəlim, sən bunlara fikir vermə. Birisi arxasını görmür,
digəri 40 yaşında ana-ata çörəyi yeyir. O birisi də alver edir,
vicdanını satır. Bu arada, o “pekarni”yə çörəyi mən gətirirdim,
tanımadın?”

Məlumat üçün bildirək ki, 32 yaşlı Sevda Yahyayevanın 13 yaşında
çəkilən görüntüləri sosial şəbəkələrdə marağa səbəb olub. Xüsusilə
onun plastik əməliyyatsız inanılmaz dərəcədə dəyişməsi heyrət
doğurub. S.Yahyayeva İnstaqram hesabında onu tənqid edənlərə
aşağıdakı cavabı verib:

“Hamı mənim keçmişimi əzbər bilir. 13 yaşımda Qobu qəsəbəsində
keçirilən konsert proqramı zamanı çəkilmiş kasıbyana, zövqsüz və
indi sizə gülməli görünən görüntümdən bu gün də utanmıram! Çünki
hazırda yetərincə məşhur, gözəl dost çevrəsinə malik, maddi və
mənəvi azadlıq qazanmış biriyəm. Anama, ailəmə ürəyim istəyən kimi
baxa bilirəm.

İndiyə kimi qazandığım statusdan istifadə edib heç kimi
acılamamışam, heç bir imkansıza yuxarıdan aşağı baxmamışam. Şöhrət
və pul mənim xasiyyətimi dəyişməyib. Həyatda irəliləməyi, ürəyi
istəyən işlə məşğul olmağı, heç bir əməliyyat keçirmədən boz
sərçədən cazibədar bir ulduza çevrilməyi Allah hər kəsə nəsib
etmir. Sağ əlim arzusunda olanların başına olsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp