Prezident İlham Əliyev Liviya rəhbərini təbrik etdi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Prezident İlham Əliyev Liviya Milli Barışıq Hökumətinin
başçısı Faiz Mustafa Al-Sərraca təbrik nəktubu
göndərib.
Təbrikdə deyilir: “Zati-aliləri, ölkənizin milli bayramı
münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı
adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Liviya arasındakı münasibətlər
xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq
zəminində inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Liviya
xalqına sülh və tərəqqi diləyirəm”.