Praqada Xocalı qurbanlarının xatirəsi anıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı
qurbanlarının xatirəsinə həsr olunmuş, Azərbaycan və İsrail
müəlliflər Günel Anar qızı, Leyla Cəfərova və Yefim Abramovun “Qara
qar çiçəkləri və Qarabağ hekayələri” adlı kitabın təqdimatı
keçirilib. Mərasimdə gənc musiqiçi Eva Aşumovanın ifasında piano
musiqisinin müşayiəti ilə ilk dəfə çex dilinə tərcümə olunan
novelladan parçalar səsləndirilib.

Tədbirdə fəxri qonaq qismində Azərbaycan Yazıçılar İttifaqının
sədri Anar Rzayev və Lev Spivakın rəhbərliyi ilə İsraildən olan
nümayəndə heyəti iştirak edib.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək
qonaqlara Xocalı soyqırımı haqqında məlumat verib, Xocalı
qurbanlarının xatirəsinin bu şəkildə yad edilməsinin əhəmiyyətini
vurğulayıb.

Anar Rzayev sözügedən kitab sayəsində çex oxucuların Xocalı
soyqırımı haqqında daha geniş məlumat əldə etmək imkanı
qazandıqlarını bildirib.

Tədbir ölkəmizin Çexiyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan
Tələbə Təşkilatı, “Natəvan” cəmiyyəti və Azərbaycan-İsrail
təşkilatı tərəfindən təşkil olunub.

Tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli
ictimaiyyətin, habelə Azərbaycan diasporunun nümayəndələri iştirak
ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp