“Petisiya başladanlar ortada istifadə olunub, atılan şəxslərdir”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Öz ölkəsinə qarşı düşmən mövqedən çıxış edərək,
Ermənistanın maraqlarına xidmət edən qarayaxma kampaniyası yürüdən
cılız, ucuz, mənəviyyatsız şəxslərin əsassız və gülünc müraciətləri
heç bir nəticə verməz”.

Bu sözləri Publika.az-a açıqlamasında siyasi
analitik Elçin Mirzəbəyli ipetition.com saytında xaricdə yaşayan 3
azərbaycanlı tərəfindən ölkəmizdə aprelin 11-də keçiriləcək
prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiyaya
münasibət bildirərkən deyib:

“Təəssüf edirəm ki, həmin şəxslər diqqət çəkmək məqsədi ilə belə
bir yola əl atıblar. Bu birbaşa xaricdəki himayədarlarından dəstək
almaq və maddi maraqlarını təmin etməyə yönələn addımdır. Prosesin
arxasında açıq-aşkar Azərbaycanı sevməyən qüvvələrin durduğunu
bilirik. Əvvəla onu deyim ki, Azərbaycanda seçkinin nə vaxt təyin
ediləcəyi bilavasitə prezidentin səlahiyyətlərinə aid olan
məsələdir. Burada heç bir qanundan kənar məqam yoxdur. 2016-cı ildə
Azərbaycanda referendum keçirilib. Referenduma əsasən, Azərbaycan
Respublikasının Konstitusiyasında bir sıra dəyişikliklər edilib.
Həmin dəyişikliklər imkan verir ki, Azərbaycan istənilən an,
istənilən zaman kəsiyində seçkilər keçirsin. Lakin məhz bu cür
gülünc yanaşmanın özü də sübut edir ki, petisiya ilə müraciət edən
həmin cılız şəxslərin hüquqdan qətiyyən anlayışları yoxdur.
Məqsədləri isə xarici qüvvələrlə əlbir olub, qarayaxma kampaniyası
aparmaqdan ibarətdir. Bu gün Azərbaycanla Avropa İttifaqı
arasındakı münasibətlər göz önündədir. Kifayət qədər inkişaf
mərhələsi keçilib. Təbii ki, münasibətlərin sürətlə
yaxşılaşdırılması onları narahat edir. Artıq Avropa Parlamentində
Azərbaycan Dostluq Qrupu yaradılıb. Bu qrup bilavasitə xaricdə
ölkəmizin əleyhinə qara kampaniya aparan qüvvələrə cavab vermək
üçündür. Hesab edirəm ki, bu kifayət qədər ciddi qrupdur. Həmin bu
petisiya hazırlayan şəxslərin mövqeyinə diqqət edin, birbaşa Xocalı
soyqrımı ilə bağlı Azərbaycana qarşı hərəkətə keçən ermənipərəst
dairələrin mövqeyi ilə üst-üstə düşür. Ermənilərlə eyni vaxtda
təbliğat aparırlar. Yaxın vaxtlarda ermənilər Xocalı soyqrımından
dərhal sonra bir neçə tədbir keçirtməyi planlaşdırırlar. Hətta
bununla bağlı müxtəlif orqanlara müraciətlər də ediblər. Belə
hadisələrin üst-üstə düşməsi qətiyyən təsadüfi deyil. Yəni, onların
hansı mövqe və maraqlara xidmət etdiyi ortadadır”.

E.Mirzəbəyli bildirib ki, ən azından, dünən Bakıda “Cənub Qaz
Dəhlizi” ilə bağlı keçirilən konfransı da onu göstərir ki, həmin
petisiya hazırlayan şəxslər niyyətlərinə çata bilməyəcəklər:

“Azərbaycana düşmən kəsilən şəxslər hər zaman dövlətin
siyasətinə ləkə salmaq üçün çalışıb. Lakin tarix boyu ölkəmizə
qarşı aparılan bütün təbliğat və təxribatların nə dərəcədə cılız
olduğunun şahidi olmuşuq. Düşünmürəm ki, Avropa İttifaqında, BMT
Təhlükəsizlik Şurasına və Baş Katibinə göndərilən bu petisiya
ciddiyə alınsın. Çünki həmin şəxslər kiçik, cılız, miskin, ucuz
hüquq müvəkkilərindən başqa bir şey deyillər. Onlar ortada istifadə
olunub atılan şıxslərdir”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp