Olimpiadada norovirusa yoluxanların sayı 244 nəfərə çatdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən qış
Olimpiya oyunlarında norovirusa yoluxanların sayı 244 nəfərə
çatıb.

“Report” xəbər verir ki, bu barədə “Los Angeles Times”in
jurnalisti Neytan Fenno “Twitter”dəki mikrobloqunda bildirib.

Daha əvvəl bildirilirdi ki, Olimpiadanın mühafizəçilərindən 1200
əməkdaş öz işlərindən kənarlaşdırılıblar və karantindədirlər
(yoluxucu xəstəliyi olan adamların və onlarla təmasda olanların
sanitar nəzarəti altında saxlanılması – red). Onlar müvəqqəti
olaraq 900 əsgərlə əvəz ediliblər.

Qeyd edək ki, Cənubi Koreyada keçirilən Qış Olimpiya oyunları
fevralın 25-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp