Nazirlikdən YUMURTA AÇIQLAMASI – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ötən gün sosial şəbəkələrdə keyfiyyətsiz yumurta satışı
ilə bağlı yayılan video görüntülərə cavab olaraq aparılan laborator
müayinələrin nəticələri açıqlanıb.

Publika.az xəbər verir ki, Bakı şəhər
sakinindən İqtisadiyyat Nazirliyinə mağazadan aldığı və yerli
istehsal olan yumurtanın qaynadılarkən plastmasabənzər maddənin
yarandığı barədə müraciət daxil olub. Daxil olan müraciət əsasında,
İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi
tərəfindən yumurtanın alındığı mağazadan nümunələr və Nazirliyə
müraciət etmiş istehlakçının qaynadılarkən plastmasabənzər maddənin
yarandığını bildirdiyi yumurtaların qalan hissəsi götürülərək
yumurtanın keyfiyyətli olub-olmadığını müəyyən etmək məqsədilə
laborator müayinə aparılıb.

Laborator müayinələr nəticəsində yumurtaların keyfiyyətində heç
bir nöqsan aşkar edilməyib, keyfiyyət və təhlükəsizlik
göstəricilərinin normalara tam uyğun olduğu müəyyən edilib.
Qaynadılarkən yarandığı iddia edilən plasmasabənzər maddənin isə
yumurtaya heç bir aidiyyəti yoxdur.

Qeyd edək ki, ötən illərdə də vətəndaş müraciətləri və
monitorinqlər əsasında istehlak bazarından götürülmüş nümunələr
üzrə aparılmış laborator müayinələr zamanı da yumurtanın keyfiyyəti
ilə bağlı heç bir nöqsan aşkar olunmamışdır.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir