Məşhur musiqiçi soyğuna məruz qaldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Məşhur fransız violonçel ifaçısı Ofeliya Qayar Paris
yaxınlığında silahlı hücuma məruz qalıb.

Trend-in məlumatına görə, evdən çıxıb avtomobilə əyləşən
musiqiçiyə naməlum şəxs bıçaqla hücum edib. Hücum edən şəxs ondan
violonçelini və mobil telefonunu tələb edib.

Ofeliya Qayardan oğurlanan violonçel 1737-ci ildə hazırlanıb və
1,3 milyon avro dəyəri var. Musiqi alətinin ona deyil, CIC banka
məxsus olduğu, Qayarın aləti sadəcə icarəyə götürdüyü
bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp