İŞİD dirçəlir, Türkiyəyə hücumlar başlanır – ABŞ-ın çirkin planının PƏRDƏARXASI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyənin Baş nazirinin müavini və hökumət sözçüsü
Bəkir Bozdağ ABŞ səlahiyyətlilərinin İŞİD-lə müarizə mövzusundakı
sözlərinin arxasındakı dəhşətli planı açıqlayıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər
verir ki, Bozdağın sözlərinə görə, İŞİD terror təşkilatı bölgənin
siyasi hədəflərin həyata keçirilməsi üçün bir alətdir.

“Bundan indi də istifadə edirlər. İndi “diqqəti İŞİD-lə
mübarizəyə ayıraq” deyirlər. İŞİD-lə kim mübarizə aparır? ABŞ tək
döyüşmür? “Fərat Qalxanı” əməliyyatında Türkiyə Silahlı Qüvvələri 3
min İŞİD terrorçusunu məhv etdi. İŞİD-ə qarşı İraqda Başika
bazasını quran Türkiyə Silahlı Qüvvələri minə yaxın İŞİD
terrorçusunu məhv etdi. Bu günə qədər İŞİD terrorçularını ən çox
zərərsizləşdirən məhz Türkiyədir”, – o bildirib.

Hökumət sözçüsünün sözlərinə görə, İŞİD bəhanəsiylə yeni bir
oyun qurulur: “Bundan sonra biriləri İŞİD terrorçularını
birləşdirərək “Baxın, Türkiyə Afrinə girdi. Diqqətləri İŞİD-lə
mübarizəyə ayıraq, amma bunu etmədi. İŞİD yenidən Rakkaya doğru
hərəkət edir” oyunu qarşımıza çıxa bilər. Amma bu oyunu çox dəqiq
görürük. Bu bölgədə kim nə edir, nə etmək istəyir, hara getmək
istəyir, hamısını yaxşı bilirik. İŞİD üzərindən Türkiyəyə qarşı
yeni hücumlar başlana bilər. “Türkiyə Afrin bölgəsinə girdi.
PYD-YPG terror təşkilatlarına qarşı mübarizəyə başladı. İŞİD
yenidən dirçəldi” deyilməsi üçün yaxın günlərdə yeni ssenarilər
ortaya çıxa bilər”.

O qeyd edib ki, bu cür oyunlarla heç kim Türkiyənin haqlı
mübarizəsini haqsız hala gətirə bilməz.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp