İranda casus şəbəkəsi aşkar edildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İranda casus şəbəkəsi aşkar edilib.

Tehran şəhərinin prokuroru Abbas Cəfəri Dövlətəbadi keçirdiyi
mətbuat konfransında deyib ki, həbs olunanlar İran əleyhinə
casusluqda şübhəli bilinirlər və onların fəaliyyəti ciddi şəkildə
araşdırılır.

O qeyd edib ki, ekoloji problemlərlə məşğul olmaq adı altında
İrana daxil olanlar strateji müəssisələrin yaxınlığında kameralar
qurub müşahidə aparıblar. Onların məqsədləri İranın raket proqramı
haqqında məlumat toplayıb xarici dövlətlərin kəşfiyyat orqanlarına
ötürmək olub.

Prokuror bildirib ki, həbs olunanlardan Kavis Seyid İmami
həbsxanada özünə qəsd edib. O, fakt qarşısında qalaraq törətdiyi
cinayətin ağırlığını başa düşüb. Onun casusluq fəaliyyəti ilə
məşğul olmasını sübuta yetirən faktlar mövcuddur. Digər həbs
olunanlar da K.S.İmaminin əleyhinə ifadə veriblər.

Xatırladaq ki, K.S.İmaminin həbsxanada vəfat etməsi İranda geniş
müzakirə mövzusu olmuşdu. Qeyd olunurdu ki, guya ekoloq döyülərək
öldürülüb. Məsələ İran İslam Şurası Məclisinin (parlamentin) də
müzakirəsinə çıxarılmış və ölüm hadisəsinin araşdırılması üçün
komissiya yaradılmışdı. Komissiyaya rəhbərlik edən parlamentin sədr
müavini Əli Motahiri araşdırmaların nəticəsini parlamentə təqdim
edib və aydın olub ki, K.S.İmami doğrudan da özünə qəsd edib.
(Azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp