Hülya Avşardan İbrahim Tatlısəs və Sibel Can haqqında ŞOK AÇIQLAMA



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Hülya Avşar illər sonra İbrahim Tatlısəs və Sibel Can
haqqında şok açıqlama verib.

Publika.az xəbər verir ki, məşhur aparıcı Sibel
Canın saçlarını yolmaq istədiyini etiraf edib:

“İzmir Sərgisində İbrahim Tatlısəs ilə səhnəyə çıxacaqdıq.
Afişalar vurulmuşdu. Ancaq İbrahim Tatlısəs məni heyətdən atdı.
Yerimə Sibel Canı aldı. Böyük xəyal qırıqlığına uğramışdım. Çox
ağladım. Sibel Canın saçlarını yolmaq istəyirdim. Sonra köməyimə
Muazzez Abacı çatdı. Məni alt heyətinə daxil etdi”.

Məlum olub ki, Hülya Avşara qəzəblənən İbrahim Tatlısəs çıxış
etdiyi restoranın sahibinə zəng vurub “Sibeli bu gecə göndərdin
göndərdin. Yoxsa, bir daha sənin kazinolarının heç birində səhnəyə
çıxmayacağam” deyib. Bu hadisədən sonra Sibel Can ilk təyyarə ilə
İzmirə gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp