Hollandiya uydurma “erməni soyqırımı”nı tanıdı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Hollandiya parlamenti 1915-ci il qondarma “erməni
soyqırımı” ilə bağlı iki qətnaməni qəbul edib.
Axar.az xəbər verir ki, qətnamələrdən birində
1915-ci il olayları “soyqırım” olaraq tanınır, digərində isə
holland nazirin 24 apreldə Ermənistanda təşkil ediləcək
mərasimlərdə iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, dünən İsrail parlamenti sözügedən qətnaməni səs
çoxluğu ilə ləğv etmişdi.