Hava kəskin dəyişəcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi
ilə bağlı xəbərdarlıq yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında fevralın 18-i axşamdan 19-u
səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı
gözlənilir.

Fevralın 18-dən 19-u gündüzədək ölkə ərazisində hava şəraitinin
qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda
qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında fevralın 17-də hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və
səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi
əsəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5,
gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi
rütubət 70-80 faiz təşkil edəcək.

Bölgələrdə də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz
keçəcəyi, lakin səhər və gündüz cənub rayonlarında arabir yağış
yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 7-11 dərəcə isti,
dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7
dərəcə isti olacağı gözlənilir.

Fevralın 17-18-də Abşeron yarımadasında rütubətli hava
şəraitinin üstünlüyü bəzi meteohəssas insanlar üçün əsasən
əlverişsizdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp