Həftənin ən yaxşı futbolçuları məlum oldu
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) həftənin
ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az saytı xəbər verir ki, UEFA-nın azarkeşlər arasında
keçirdiyi səsvermənin qalibləri “Liverpul”un hücumçusu Sadio Mane
və Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Manuel Fernandeş
olub.
“Liverpul”un ÇL-in 1/8 final mərhələsində “Porto” ilə keçirdiyi
səfər qarşılaşmasında (5:0) het-trikə imza atan Mane 57% səslə
qalib gəlib. O, bu mükafat uğrunda Marselo (“Real”), Kristian
Eriksen (“Tottenhem”) və İlkay Gündoğanla (“Mançester Siti”)
yarışıb.
Fernandeş isə “Lokomotiv”in AL-in 1/16 final mərhələsi
çərçivəsində “Nitsa” ilə səfər qarşılaşmasında 3:2 hesablı
qələbəsinin memarı olub. Belə ki, görüşdə komandasının hər 3
qolunun müəllifi olan portuqaliyalı respondentlərin 73% səsini
toplayıb. Dortmund “Borussiya”sının hücumçusu Mişi Batşuayi 11%,
“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil isə 10% səs toplayıb.