Həccə gedəcək zəvvarlara YENİ QADAĞA



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycandan bu il Həcc ziyarətinə yollanacaq
zəvvarlara ziyarət zamanı qrafikdən, xüsusilə Məkkədən kənara
çıxmaq yasaqlanıb.

Bu, zəvvarlarla ziyarət barədə imzalanan müqavilədə əks
olunub.

Şərtlərə görə zəvvar qrafikdən, o cümlədən Məkkə şəhərindən
kənara çıxmamalıdır. Əks halda kəffarə ödəməli olacaqlar. O da
müqavilədə bildirilir ki, zəvvarın qanuna zidd əməlinə görə
təşkilatçı (Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məsuliyyət
daşımır.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu
başlayıb, ziyarətin qiyməti 4150 dollardır. Həcc ziyarətini
Azərbaycanda rəsmi olaraq yalnız QMİ təşkil edir. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp