Ermənistanda uşaqlar acından ölür – Dallakyan dəhşətli faktları AÇIQLADI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İrəvanda “Müqəddəs İsanın anası” tibb mərkəzinin
direktoru Nikolay Dallakyan Ermənistandan uşaqların aclıqdan ölməsi
haqda dəhşətli faktlar açıqlayıb.

Publika.az “Aykakan Jamanak” qəzetinə istinadən məlumat
verir ki, Dallakyan xəstəxanaya gətirilən uşaqların əksəriyyətinin
doyunca yemək yeməməkdən əziyyət çəkdiyini deyib.

“Xəstəxanamıza acından ölmək həddinə çatan uşaqları gətirirlər,
onların çoxunu xilas etmək mümkün olmur. Mən sadəcə təfərrüatları
xatırlamaqda dəhşətə gəlirəm. Fikrimcə, ailə son dərəcə ağır sosial
şəraitdə yaşayırsa, utanmamalı və müvəqqəti də olsa uşaqlarını
dövlət himayəsinə verməlidir. Hər halda uşaqların acından
ölməyindənsə, bu daha yaxşıdır. Bu məsələdə ərazi üzrə sosial
komissiyalar daha aktiv işləməlidir. Əgər ağır sosial vəziyyətdə
olan ailələr varsa, onlara övladlarını müvəqqəti olaraq dövlətin
himayəsinə verməyi tövsiyə etməlidir. Çünki bu ailələr uşaqlarını
doyunca yedirdə, normal tibbi dəstək verə bilmirlər. Çünki son
vaxtlar ölən uşaqların əksəriyyəti acından bu hala düşürlər”, –
deyə o bildirib.

Asif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp