Ermənilər atəşkəs rejimini 123 dəfə pozdu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 123 dəfə
pozub.

Bu barədə Publika.az-a Azərbaycan Müdafiə
Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan,
Voskevan kəndlərində və İcevan rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım
kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində
yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam
rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Şirvanlı, Yusifcanlı,
Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı
Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər,
Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri
yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp