Dünən 29 nəfər şübhəli şəxs saxlanıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən
112 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, onların da
23-ü “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə
təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat
hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7,
qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp