Direktorun evi qarət edildi – Əşyaları internetdə satışa çıxarıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Novxanı qəsəbəsində oğurluqda təqsirləndirilən Mehman
Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər
Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə
hökm oxunub.

Mehman Rzayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, oğurluq Novxanı qəsəbəsində, Çimnaz Səlimzadəyə
məxsus bağ evində baş verib. Mehman Rzayev evdə olan ümumilikdə 84
min manat dəyərində idman alətlərini, qədim qabları oğurlayıb.

O, oğurladığı əşyaları internet vasitəsi ilə satışa çıxarıb.

Mehman Rzayev həmin evdə gözətçi işləyirmiş.

Zərərçəkmiş Çimnaz Səlimzadə Bilgəh qəsəbəsindəki 11 saylı
internat məktəbin direktoru olub.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp