Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyətlər verildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni
səlahiyyətlər verilib.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin 15 fevral 2018-ci il
tarixli “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə”
fərmanında əksini tapıb.

Dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə
din xadimlərinin və mütəxəssislərinin mübadiləsinə və Qafqaz
Müsəlmanları İdarəsinin müraciəti əsasında xaricdə dini təhsil
almış Azərbaycan vətəndaşlarının islam dininə aid ayin və
mərasimlərin aparılmasına buraxılması üçün razılıq verilməsi Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətində olacaq.
(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp