DİM müsahibələrin keçirilmə qrafikini AÇIQLADI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant inzibati
vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 11 yanvar 2018-ci il
tarixində elan edilmiş müsabiqə üzrə müsahibədə qeydə alınmış
namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən
edilib.

DİM-dən Publika.az-a verilən məlumata görə,
müsahibələr Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd
Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Azərbaycan
Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi, Tarif Şurasının Katibliyi, Maliyyə Nazirliyi və
məhkəmə orqanları üzrə elan edilmiş vakant vəzifələri əhatə etməklə
fevralın 21-dən başlanılacaq və martın 16-dək davam edəcək.

11 yanvar 2018-ci il tarixində elan edilmiş müsabiqə üzrə
müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə
qrafikinə dair ətraflı məlumatı
buradan
(http://eservices.dim.gov.az/dqq/diger/MsbMshQrafiki.aspx?ElanID=2)
əldə edə bilər.

Dövlət İmtahan Mərkəzinin saytında fevralın 23-ə qədər olan
müsahibələrin qrafiki verilib. Digər namizədlərlə müsahibələrin
keçirilmə qrafiki də yaxın günlərdə elan olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp