Çirkin planın PƏRDƏARXASI, ABŞ Azərbaycanın bir HİSSƏSİNİ…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarici
İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya etiraz edib.
Nazirlik həmçinin, ABŞ-ın xüsusi xidmət orqanlarının Dünya üzrə
təhdidlərin qiymətləndirilməsi hesabatında Ermənistan-Azərbaycan
münaqişəsi ilə əlaqədar əks olunmuş məsələlərə münasibət
bildirib.
Erməni ekspert PKK-çıları Ermənistana Rusiyanın
göndərdiyi iddiası ilə çıxış edib.
Türkiyənin “S-400”
kompleksləri alması sanksiyalarla qarşılaşa bilər. Türkiyə və
ABŞ-ın xarici siyasət idarələrinin başçıları arasında görüş
keçirilib.
YPG-nin Dəməşqlə məxfi razılaşma əldə etdiyi
iddia olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarixi
İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya etiraz
edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev ABŞ-ın xüsusi xidmət orqanlarının Dünya üzrə
təhdidlərin qiymətləndirilməsi hesabatında Ermənistan-Azərbaycan
münaqişəsi ilə əlaqədar əks olunmuş məsələlərə münasibət
bildirib.
H.Hacıyev bildirib ki, Ermənistanın güc
tətbiq edərək Azərbaycan ərazilərinin işğalını davam etdirməsi
regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda
davam edir.

Ermənistanın “Jamanak” qəzeti bu günlərdə PKK terror
təşkilatı üzvlərinin Azərbaycanın işğal edilmiş ərazilərinə
yerləşdirildiyi və İrəvan rejiminin terrorçulardan Bakı və Ankaraya
qarşı istifadə etmək niyyəti haqda yazdı. Bu, Azərbaycan və
Türkiyənin illərdir dilə gətirdiyi faktların Ermənistan mediasında
təsdiqi deməkdir. Qəzet yazır ki, PKK üzvləri yavaş-yavaş
Ermənistanda məskən salırlar. Bu xəbəri Ermənistan ictimaiyyəti
sevinclə qarşıladı, lakin PKK-çıların gəlişini qəbul etməyənlər də
var.
Erməni ekspert Samvel Ohanesyan PKK-çıları
Ermənistana Rusiyanın göndərdiyi iddiası ilə çıxış edib.

Ankarada Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında görüş
keçirilib.
Çavuşoğlu görüşdən sonra keçirilən mətbuat
konfransında ABŞ ilə əlaqələrin düzəldilməsi üçün razılaşma əldə
etdiklərini söyləyib.

“ABŞ-ın Böyük Yaxın Şərq xəritəsində dəfn
ediləcəyini bilirdik. ABŞ Silahlı Qüvvələri, Türkiyə başda olmaqla,
Yaxın Şərq ölkələrini bölmə xəritəsini dərc etmişdi. ABŞ xəritə
deyil, özü üçün bir məzar qazıb. Xəritəni qaldırsanız, orada bir
məzar görərsiniz”.
Bunu Türkiyənin “Aydınlıq”
qəzetində Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə
bağlı olduğu deyilən Doğu Perinçek yazıb.

Onun sözlərinə görə, ABŞ-ın başındakı Buş-Rays (kiçik Corc Buş.
2001-2009-cu illərdə ABŞ prezidenti olub. Kondaliza Rayz
2002-2005-ci illərdə milli təhlükəsizlik müşaviri, 2005-2009-cu
illərdə dövlət katibi vəzifələrində çalışıb – red.) şəbəkəsi bu
xəritədə gömüləcək.

D.Perikcek 29 iyul 2006-cı il tarixində Ankaranın Sakarya
kücəsində keçirdiyi mətbuat konfransı və ABŞ-ın səfirliyi
qarşısında söylənilən fikirləri xatırladıb:

Türkiyənin “S-400” kompleksləri alması sanksiyalarla
qarşılaşa bilər.
Bu haqda ABŞ Dövlət Departamentinin
nümayəndəsi Hizer Nauert bildirib.

Türkiyənin Baş nazirinin müavini və hökumət sözçüsü
Bəkir Bozdağ ABŞ səlahiyyətlilərinin İŞİD-lə müarizə mövzusundakı
sözlərinin arxasındakı dəhşətli planı açıqlayıb.

Bozdağın sözlərinə görə, İŞİD terror təşkilatı bölgənin siyasi
hədəflərin həyata keçirilməsi üçün bir alətdir.

Hökumət sözçüsü qeyd edib ki, İŞİD bəhanəsiylə yeni bir oyun
qurulur.

YPG Əsəd rejimi ilə məxfi razılaşma əldə
edib.
Bu barədə informasiyanı Livanın “Əl Mayadin”
televiziyası yayıb. İddiaya görə, YPG/PKK qruplaşması Afrindəki
mövqelərini Əsədə verməyə razılaşıb.

Əsəd qüvvələrinin Afrinə yaxın zamanlarda gələcəyi olacağı
deyilib.

Qeyd edək ki, Türkiyə yanvarın 20-dən etibarən Afrində YPG-yə
qarşı “Zeytun budağı” əməliyyatları aparır. Əməliyyatdan öncə
Rusiyanın YPG-yə Türkiyənin zərbəsindən qaçmaq üçün əlində
saxladığı əraziləri, o cümlədən Afrin bölgəsini Əsəd qüvvələrinə
verməyi və geri çəkilməyi təklif etdiyi, YPG-nin isə bu təklifi
qəbul etmədiyi bildirilmişdi.

Daha əvvəl Afrində Türkiyə Silahlı Qüvvələri ilə
döyüşəcəklərinə dair videoları sosial şəbəkələrdə dərc edən Çin
əsilli ingilis terrorçu “Tayms” nəşrinə danışıb.

YPG-nin (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı
qolu –red.) üzvü Huanq Li Afrində Türkiyəni dayandıra
bilməyəcəklərini söyləyib.

“Türk birliklərini dayandıra biləcəyimizə şübhə edirəm. Onların
tankları, zirehli texnikaları, qırıcıları və peykləri var. Türkiyə
böyük bir ölkədir, sanki bir savaş maşınıdır. Biz az vaxt aparsa
da, bir gün döyüşü mütləq qazanacaqlar. Bu döyüşü qazana
bilməyəcəyik”, – o bildirib.

Xəbərə görə, 15 YPG terrorçusuna rəhbərlik edən 24 yaşındakı
Huanq Li Çində doğulub və yeniyetmə yaşlarında İngiltərəyə köçüb.
Mançester şəhərində təhsil alan Li 3 ildir terror təşkilatının
sıralarında döyüşür.

İsrail Hərbi Hava Qüvvələri şənbə günü Suriya hava
hücumundan müdafiə sistemlərinin yarısını sıradan çıxardığını
düşünür.
Bu barədə informasiyanı “RİA Novosti”
agentliyi İsrail ordusundakı mənbəsinə istinadən yayıb.

“Bizim ilkin məlumatımıza görə, Suriyanın hava hücumundan
müdafiəsinin 50 faizi məhv edilib. Biz bu rəqəmləri bir daha
yoxlayacağıq”, – deyə mənbə bildirib.

Qeyd edək ki, şənbə günü bir hərbi təyyarəsinin vurulmasına
cavab olaraq İsrail Suriyanın Palmira, Dəməşq şəhərindəki hərbi
obyektlərini, eləcə də İrana məxsus hərbi bölmələri bombardman
etmişdi.

Moskvada nüvə silahının mövcudluğuna görə Kiyev
Rusiyaya müharibə elan edə bilmir.
Bu haqda
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi
Aleksandr Turçinov Kiyevdə Ukraynanın sabiq prezidenti Viktor
Yanukoviçin məhkəmə prosesi üzrə prosesdə çıxışında deyib.

“Rusiya kimi nüvə dövlətinə qarşı durmaq üçün vasitələrimiz
yoxdur. Biz təcavüzkara müharibə elan edə bilmirik, çünki Rusiya
nüvə dövlətidir”, – o deyib.

Ukrayna Xarici İşlər naziri Pavel Klimkinlə Rusiya
Xarici İşlər naziri Sergey Lavrov arasında görüş
olacaq.
Bu barədə informasiyanı Ukrayna Xarici İşlər
Nazirliyi yayıb. Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində
baş tutacaq.

Tərəflər arasında əsas müzakirə mövzusunun Donbasa
sülhməramlıların yerləşdirilməsi olacağı vurğulanıb.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp