Çavuşoğlu: “ABŞ-dan konkret addımlar gözləyirik”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında görüş
keçirilib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər
verir ki,Çavuşoğlu görüşdən sonra keçirilən mətbuat konfransında
ABŞ ilə əlaqələrin düzəldilməsi üçün razılaşma əldə etdiklərini
söyləyib.

“Hər iki tərəfin də gözləntiləri var. Biz FETÖ və ABŞ-ın YPG-yə
dəstəyi mövzusunda fikirlərimizin ciddi qəbul edilməsini
gözləyirik. Bu günə qədər verilən və yerinə yetirilən vədlər olub.
Bundan sonra atılacaq addımları danışdıq. Biz artıq vədlər deyil,
konkret addımlar gözləyirik”, – Türkiyə xarici siyasət idarəsinin
başçısı bildirib.

Onun sözlərinə görə, əlaqələri normallaşdırmaq və problemləri
həll etmək üçün yeni mexanizmlər yaradılacaq.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp