Cəlilabadda 20 yaşlı gənc döyüldü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Cəlilabadda döyülmə hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Bakıxanov küçəsinin sakini, 1998-ci il təvəllüdlü
Quliyev Yusif Tofiq oğlu döyülüb. Yaralı Cəlilabad Rayon Mərkəzi
Xəstəxanasına gətirilərək, Cərrahiyyə şöbəsinə yerləşdirilib. Y.
Quliyevin dediyinə görə, onu tanıdığı şəxslər döyüb. Hadisənin
səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp