Bu şəxslər imtahan binasına buraxılmayacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 18-də dövlət
qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı
vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə
dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-dən Publika.az-a verilən məlumata görə,
imtahanada iştirak etmək üçün BA qrupu üzrə 363 namizəd, BB qrupu
üzrə 1174 namizəd, ümumilikdə isə 1537 namizəd qeydiyyatdan
keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər
fevralın 13-dən etibarən DİM-in internet saytına daxil olaraq
“İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə
yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada
namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların
əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar
çatdırılır.

İmtahan Bakı şəhərində keçiriləcək. İmtahan bütün binalarda eyni
vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Namizədlərlər imtahana şəxsiyyəti təsdiq edən sənədin
əsli,“İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən
sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq
olduqda namizəd imtahana buraxılmayacaq.İmtahan binasına giriş
zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr
aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan
binasına buraxılmayacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp