“Bu ölkə ilə müharibə planları olmalıdır” – Vaşinqton məhvedici SSENARİYƏ HAZIRLAŞIR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Çin hərbi baxımdan getdikcə böyüyür. ABŞ Çinlə
müharibəyə hazır olmalıdır”.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, bunu ABŞ-ın Avstraliya səfiri vəzifəsinə namizəd göstərilən
amerikalı admiral Harri Harris Konqresdə çıxışında deyib.

“Çin Cənubi Çin dənizində hakimiyyət qurmaq istəyir. Çinin
niyyəti kristal qədər açıqdır. Bunu görməzlikdən gəlməklə özümüzü
təhlükəyə atırıq. Pekinin beynəlxalq qaydalara söykənən nizamın
altını qazmaq cəhdindən narahatam”, – o bildirib.

Onun sözlərinə görə, Çin hərbi baxımdan sürətli inkişafı ilə
ABŞ-a hər sahədə meydan oxuya bilər: “Mən bir əsgərəm. Müharibənin
qarşısını almağa çalışmaqla yanaşı, müharibə planları hazırlamağın
və ehtiyatları toplamağın əhəmiyyətli olduğunu düşünürəm. Günün
sonunda bir döyüşü davam etdirə bilmək çox əhəmiyyətlidir, əks
halda, kağızdan pələng olarsınız. Ümid edirəm ki, məsələ Çinlə
qarşıdurma nöqtəsinə gəlməz, amma qarşıdurma ehtimalı ilə əlaqədar
hazır olmalıyıq”.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp