“BTR-82A” zirehli transportyorları Naxçıvanda Ordunun silahlanmasına daxil edildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycana gətirilən müasir hərbi texnikanın bir
hissəsi, o cümlədən “BTR-82A” zirehli transportyorları Əlahiddə
Ümumqoşun Ordunun silahlanmasına daxil edilib.

Publika.az xəbər verir ki, zirehli müdafiəsi və
yüksək manevr qabiliyyəti olan “BTR-82A” zirehli transportyoru
döyüş meydanında piyadaların hərəkət qabiliyyətini və mobilliyini
artırmaq, döyüş fəaliyyətlərini atəşlə təmin etmək, düşmənin
müxtəlif silah sistemlərinə qarşı effektiv mübarizə aparmaq, canlı
qüvvəsini və hava hədəflərini məhv etmək, ekipajın atıcı
silahlardan, mina və mərmi qəlpələrindən, kütləvi qırğın
silahlarından qorunması üçün nəzərdə tutulub.

Rusiyanın “Hərbi Sənaye Kompleksi” müəssisəsi tərəfindən
istehsal olunan “BTR-82A” zirehli transpotyoru öz sələflərini döyüş
və texniki xüsusiyyətlərinə görə praktik olaraq iki dəfədən çox
üstələyir. Əvvəlki nəsil zirehli transportyorlardan fərqli olaraq
“BTR-82A” daha güclü mühərriklə təmin olunub, zirehi gücləndirilib,
kondisioner, beşinci nəsil müasir rabitə vasitələri ilə təchiz
edilib. Zirehli transportyorun məsafədən idarə olunan döyüş
moduluna əsas silah kimi 30 mm-lik 2A72 avtomat top və ikinci silah
kimi 7.62 mm-lik PKTM pulemyotu daxildir. Maşının heyəti 3 nəfər,
desant tutumu 7 nəfər, döyüş ağırlığı 16 tondur. Zirehli
transportyor 300 at gücünə malik mühərriklə təchiz edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp