Bayılın sürüşmə zonasındakı pilot layihələrlə bağlı qərar



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Səbail Rayon İcra Hakimiyyətində rayonda Pilot
layihələri həyata keçirən sahibkarlarla görüş
keçirilib.

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimovun
Publika.az-a verdiyi məlumata görə, görüşdə çsxış
edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əvvəlcə
son günlərdə Bayıl yamacındakı yaranan mövcud vəziyyəti təhlil
edib, burada görülən və görülməsi nəzərdə tutulan tədbirlər,
narahatedici amillər barədə ətraflı məlumat verib. Qeyd olunub ki,
Pilot layihələri həyata keçirən şirkətlərin böyük hissəsi Bayıl
yaşayış massivində fəaliyyət göstərir. Şirkətlər bu ərazilərdə
tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq öz
layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə
Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyini alınıb.

İcra başçısı təklif edib ki, bu sahədə tam əminlik yaranması
üçün RİH tərəfindən aidiyyəti qurumlara Bayılda tikintisi aparılan
və aparılacaq Pilot layihələrinin ərazisində təkrar ekspertizanın
aparılması ilə bağlı müraciət olunsun. Düzgün tikilmiş bina torpağı
daha da möhkəmləndirir.

Eldar Əzizov bildirib ki, ölkə başçısı cənab İlham Əliyev ölkədə
sahibkarlığın inkişafına çox böyük diqqət yetirir, onun səyləri ilə
artıq Azərbaycanda Milli sahibkarlar təbəqəsi yaranıb. Dövlət
qurumlarından onların fəaliyyətinə hər cür köməklik göstərilməsi
tələb olunur. Səbail rayonunda həyata keçirilən bütün Pilot
layihələr Prezidentin göstərişlərinə uyğun olaraq təmiz əllərlə,
tam şəffaflıq şəraitində, sahibkarların fəaliyyətlərinə hər hansı
müdaxılə və ağırlaşdırıcı amillər olmadan həyata keçirilir.

Eldar Əzizov qeyd edib ki, cənab Prezidentin siyasətinin
mərkəzində Azərbaycan vətəndaşı durur. Bununla əlaqədar sahibkarlar
bu tələbləri öz fəaliyyətlərində əsas tutmalı, onlara göstərilən
hərtərəfli dəstəklə əlaqədar tikinti ərazisindəki vətəndaşların
köçürülmə və digər problemləri ilə bağlı sualları həssaslıqla,
qanuna müvafiq həll edilməli, onları narazı sala biləcək amillərə
yol verməməlidirlər.

Sonda iştirakçılara Fövqəladə Hallar Nazirliyi tərəfindən
Bayıldakı sürüşmənin tarixi, buradakı prosseslərin gedişi,
görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat xarakterli film
göstərilib və film geniş müzakirəyə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp