Bayılın sürüşmə ərazində yaşayan ailələrlə bağlı QƏRAR VERİLDİ: 11 ay ərzində…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Bayıl sürüşmə sahəsində məskunlaşan ailələrlə bağlı
Nazirlər Kabineti müvafiq sərəncamı imzalayıb”.

Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil
Kərimovun Publika.az-a verdiyi məlumata görə,
Bayıl yamacında sürüşmə təhlükəsi olan ərazidən köçürülən 98 ailəyə
11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqı
ödəniləcək.

Bunun üçün bu ilin dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail
Rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb.

Sürüşmə nəticəsində torpaq altında qalan 4 evlə bağlı Fövqəladə
Hallar Nazirliyinin əməkdaşları araşdırma aparacaq. Həmin evlərin
sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin
məbləği 10 gün ərzində müəyyən edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp