“Bavariya” ÇL – 1/8 finalın əsas heyətini açıqladı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində
Türkiyənin “Beşiktaş” klubu ilə qarşılaşacaq “Bavariya” heyətini
açıqlayıb.

Publika.az xəbər verir ki, uzun müddətdir zədə
səbəbindən yaşıl meydançadan uzaq qalan qapıçı Manuel Neuer bu
matçda komandasına kömək edə bilməyəcək.

Onun yoxluğunu isə klubla müqavilə müddəti yenidən uzadılan
Sveyn Ulreyx doldurmağa çalışacaq.

Hücum xəttində isə ən həyəcanlı nöqtə yeni transfer Sandro
Vaqnerin start heyətində çıxıb-çıxmamağı idi. Siyahıya görə, baş
məşqçi Yupp Hyankes yeni oyunçusunu ehtiyat heyətdə saxlamağa qərar
verib.

“Beşiktaş”ı qonaq edəcək “Bavariya”nın əsas heyəti belədir:

Sveyn Ulreyx

Yoşua Kimmiç

Yerom Boatenq

Mats Hammels

Devid Alaba

Tomas Müller

Xavi Martinez

Ceyms Rodriqez

Aryen Robben

Robert Levandovski

Frank Riberi

Qeyd edək ki, oyun 20 fevral Bakı vaxtı ilə saat 23:45-də
başlayacaq.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp