baş mühəndis özünü 8-ci mərtəbədən atdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevralın 16-da saat 11 radələrində
“Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş
verib.

SOCAR-dan Publika.aza verilən məlumata
İnstitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci
mərtəbəsindən ataraq intihar edib. 1969-cu il təvəllüdlü Əli
Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini
bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş
mühəndisi vəzifəsində işləyib.

İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra
Əli Süleymanov depressiyadan əziyyət çəkib, müalicə olunurdu.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp