Bakıda yeniyetmə qız sevgilisinə görə özünü asdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Yasamal rayonunda intihar hadisəsi baş
verib.

“Report”un xəbərinə görə, hadisə Abbas Mirzə Şərifzadə küçəsində
yerləşən binada qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü, adı və soyadı hələlik
açıqlanmayan qız rəfiqəsinin yaşadığı evə qonaq gəlib. O,
sevgilisindən ayrıldığını bildirib və gecə saatlarında yatdığı
otaqda özünü asaraq öldürüb.

Yeniyetmənin ölümü barədə atası Anar Abbasova məlumat verilib.
Hadisənin baş verdiyi mənzilə Yasamal Rayon Prokurorluğunun və
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları
tərəfindən baxış keçirilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə
təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi
başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp