Bakıda yeniyetmə məktəbin həyətində döyüldü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xətai rayonunda 1 nəfərin döyülməsi ilə nəticələnən dava
baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında 63 saylı orta
məktəbin həyətində qeydə alınıb.

2003-cü il təvəllüdlü Cəfərli Əli Allahverdi oğlu tanışı ilə
mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı
Ə.Cəfərli üz və bədən nahiyəsindən xəsarətlər alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun üz
sümüyündə sınıq xəsarətləri aşkarlanıb. Yaralı cərrahi əməliyyat
olunduqdan sonra xəstəxananın reanimasiya şöbəsinə
yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi
araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp