Bakıda qadınlar arasında dava düşdü, gənc qız xəsarət aldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sabunçu rayonunda qonşu qadınlar arasında dava
olub.

“Report”un xəbərinə görə, hadisə Ramana qəsəbəsi, Südçülük
Sovxozu kimi tanınan ərazidə baş verib.

1988-ci il təvəllüdlü Ramazanova Mehriban Tofiq qızı qonşusu ilə
mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı
qonşusu M. Ramazanovanın saçından tutaraq onun başını yerə vurub.
Nəticədə M.Ramazanova kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki
Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib,
araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp