“Bakcell”dən növbəti 5 startap layihəsinə dəstək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil
İnternet Provayderi “Bakcell” şirkəti özünün “AppLab” Mərkəzində
yaradılıb inkişaf etdiriləcək növbəti layihələrin seçimini başa
çatdırıb.

2017-ci il 15 dekabr-15 yanvar 2018-ci il tarixlərini əhatə
etmiş ərizə qəbulu mərhələsində gənc developerlər tərəfindən
hazırlanmış 32 layihə proqramda iştirak üçün müraciət edib. İlkin
seçim mərhələsindən keçən 17 layihənin müəllifi Bakcell şirkətinin
rəhbərliyi, potensial investorlar, “AppLab” proqramının məzunları
və İT sahəsi üzrə ekspertlərdən ibarət “AppLab” Komitəsinin
qarşısında öz ideyalarını təqdim diblər. 2018-ci ilin 1 fevral
tarixində keçirilmiş təqdimat və seçim mərhələsində layihə
müəllifləri tərəfindən mobil əlavələr, animasiya, artırılmış
reallıq (Augmented reality), proqram və avadanlıq təminatı kimi
sahələri əhatə edən ideya və layihələrin 10 dəqiqəlik təqdimatı
keçirilib. Layihələr ekspertlər tərəfindən məqsədəuyğunluq,
innovasiya, real yanaşma, biznes modeli, təqdimat üsulu və komanda
işi kimi meyarlar əsasında qiymətləndirilib.

Nəticədə, proqramda iştirak üçün 5 ən maraqlı layihə seçilib.
Seçilmiş komandalar “AppLab” Mərkəzində təqdim olunan pulsuz
İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri
proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan
keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlana
biləcəklər. “Bakcell”in və “AppLab” proqramının digər
partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər
qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarda
rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərə çevirmək üçün
tələb olunan araşdırma və məsləhətlərlə təmin edəcək.

Beləliklə, növbəti 6 ay ərzində “Bakcell”in “Applab” proqramında
iştirak edəcək layihələr aşağıdakılardır:

Run2Help – istifadəçinin gün ərzində atdığı
addımları sayıb onları pul vəsaitinə çevirən və qazanılmış məbləğı
xeyriyyə məqsədilə ianə etmək imkanı verən mobil əlavə; Way
To Future
– müxtəlif hazırlıq kursları və təlim
imkanlarını təklif edən şirkət və təşkilatlar üçün elan
platforması; Vavelya – xüsusi tortlar, gül,
orijinal hədiyyələr və tərəvəz buketləri onlayn sifariş etmək
imkanı verən elektron platforma; Tusi – səhiyyə,
təhsil və hətta alış-veriş üçün istifadə oluna bilən artırılmış
reallıq tətbiqetməsi; MadebyAz – yerli əl işi,
suvenir və digər unikal məhsulları istehsal edən yaradıcı şəxslərə
öz məhsullarını müvafiq internet səhifəsində nümayiş etdirib
dünyanın istənilən ölkəsində satış üçün təklif etmək imkanı verən
elektron platforma.

Qeyd etmək lazımdır ki, təqdim edilmiş bütün layihələr olduqca
perspektivli startap və maraqlı ideyalardan ibarət idi. Həmin
layihələr 2018-ci ilin yay aylarında keçiriləcək növbəti ərizə
qəbulu prosesində yenidən “AppLab” proqramına müraciət edə
bilərlər.

“AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri
müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul
olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün
“Bakcell”dən dəstək alırlar. Şirkət isə öz növbəsində daha çox
maraqlı startapların, proqram tərtibatçılarının və qrupların üzə
çıxarılmasına, onların istedadlarını nümayiş etdirməsinə,
ideyalarını reallaşdırmasına və bunun üçün maliyyə və investisiya
mənbələri tapmalarına kömək etməyə çalışır. “AppLab” Mərkəzinin
dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış
layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə
işləyən cihazlara yüklənə bilər.

Bakcell şirkətinin fəaliyyətinin əsas məqsədlərindən biri də
yerli gənc istedadların öz startap layihələrini həyata keçirə
bilməsinə kömək etmək və beləliklə də Azərbaycan gənclərinin parlaq
gələcəyinə öz töhfəsini verməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp