Baharın 10 trendi ilə TANIŞ OLMAĞA DƏYƏR – FOTO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Moda hər zaman müəyyən qanunlar üzrə və müəyyən
çərçivədə inkişaf edir. Bununla belə ümumi tendensiyalar müxtəlif
dizaynerlərin stil və istedadların vəhdəti şəklində interpretasiya
edilir. Məsələn, 2018-ci ildə zərif, romantik siluetlər geri
qayıdır. Hazırda dünya podiumlarında bir çox yeniliklər təqdim
olunub ki, onlar modanı daha əlçatan, stili isə daha maraqlı
edir.

Publika.az bu yazıda oxucuları baharın 10 əsas
trendi ilə tanış edib.

Pastel tonları

Yasəmən, limon, buz-mavisi və açıq yaşıl çalarlar ilin
sonlarında yaz-yay kolleksiyalarında üstünlük təşkil edəcək. Lakin
bu rəngləri sınaqdan keçirtmək üçün martın gəlməsini gözləməyin
mənası yoxdur. Pastel tonlarını elə indidən qarderoba daxil edin.
Əlvan konfet rəngləri asanlıqla mövsüm geyimləri ilə birləşdirilə
bilər.

İri sırğalar

Hələ 2016-ci ildə “Balenciaga” moda evinin kreativ direktoru
Demn Qvasaliya bütün dünyaya sübut etdi ki, böyük parıldayan
sırğalar istənilən geyimlə çox gözəl dostluq edir. Elə indi də iri
bəzək əşyalarını qalıb palto və həcmli kurtkalarla geyinmək olar və
lazımdır.

Dəbdəbəli trençlər

Bu mövsüm trençlərdən ancaq bir şey tələb olunur: Onlar elə
gözəl görsənməlidir ki, uzaqdan baxanda paltara bənzəsin. Mürəkkəb
biçimlər, qeyri-adi kəmər, pastel çalarları və gül printlərinin
olması alqışlanır.

Kardiqan (Jaket)

1940-ci illərin kardiqanlarını xatırladan fasonları dəbə
qayıdıb. Bu il tünd rənglərdən bacardığımız qədər uzaq oluruq və
təravətli çalarlar seçirik. “Etro” brendinin dəfiləsində nazik
jaketlər klyoş yubkalarla və etnik üslubda iri sırğalarla kombin
edilmişdi.

Rəngbərəng

Canni Versaçenin 1980-cı illərdə təqdim etdiyi təmtəraqlı,
rəngbərəng köynəkləri və bluzları yenidən aktualdır. İdeal
rəngbərəng köynəklərin ən maraqlı versiyalarını məhz bu brendin
mağazalarında axtarmaq lazımdır. Belə ki, Canni Versaceninin bacısı
Donatella yaz-yay kolleksiyalarını arxiv kolleksiyaları əsas
götürərək hazırlayıb. Yeri gəlmişkən, moda tənqidçiləri onu son
onilliyin ən yaxşı kolleksiyalarından biri kimi tanıyıb. Onu da
qeyd etmək yerinə düşər ki, demokratik brendlər öz növbəsində adı
çəkilən markadan ilhamlanaraq rəngli və vintaj köynəklərin qiymət
baxımdan hər kəs üçün əlçatan versiyalarını təqdim edib.

Satin parça

Parlaq xəzləri, məxmər və velvet parçaları zərif satin əvəz
edəcək. Əsas üstünlüyü midi və maksi donlara, eləcə də balerina
ayaqqabılarını xatırladan satin baletkalara və aksessuarlara
üstünlük verməyi məsləhət görürük. Satin xüsusilə pastel, həmçinin
Pantone institutunun 2018-ci ilin əsas rəngi adlandırmışdır
bənövşəyi rənglərdə daha effektli təsir bağışlayır.

Bəzəkli corab

Kimin ağlına gələrdi ki, bu tendensiya dəbdən düşməyəcək, amma
2018-ci ildə bir qədər asan olacaq. Əlbəttə, adi hansı corab bu
bəndə uyğun gəlmir, aksessuarlarla, naxışlarla, inci və ya
lələklərlə bəzədilmiş corablar tamamilə uyğundur.

Qeyri-adi qol kəsimləri

Qeyri-adi dabanlar, qeyri-adi üzük, qeyri-adi eynək, qeyri-adi
fasonlar indi dəbdədir. Qol kəsimləri onlardan niyə geridə
qalmalıdır. Odur ki, həcmli, volanlı və qırçınlı qolları olan
köynəklərə diqqət yetirin.

Futuristik eynəklər

“Matrisa” filminin bütün hissələrimə yenidən baxmaq və daha
sonra isə mağazalardan öz ideal günəşdən qoruyucu eynəyini seçmək
üçün əla vaxtdır. Dar, uzadılmış, azacıq sivri eynəklər 2018-ci
ildə sizə iri formalı modellərini unutduracaq.

Ekletika

Qeyri-adi paltarlar və üst geyimlərinə baxanda, sökülüb yenidən
tikilmiş və bəzi əlavə parçalar əlavə edilmiş kimi görünür. Fərqli
rənglər və qeyri-adi kəsimlərin birləşməsi seçilmək arzusunda
olanların ürəyinə yol tapacaq.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp