““Azərenerji” borclarını ödəyə bilməyəcək” – Beynəlxalq qurumdan ŞOK AÇIQLAMA



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

““Azərenerji”nin kapital strukturunda əvvəl olduğu kimi
yenə də yüksək risklərin olduğunu düşünürük.

Bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyi
“Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd
olunub.

Bildirilir ki, buna səbəb “Azərenerji”nin borc öhdəliklərinin
85%-nin xarici valyutada olması və şirkətin məzənnədəki dəyişiklik
riski ilə hələ də üz-üzə qalmasıdır. “Bu riski kompensasiya etmək
üçün şirkətə xarici valyutada heç bir əsaslı pul axını mövcud
deyil. Düşünürük ki, “Azərenerji”yə hökumət tərəfindən hazırkı
müstəsna maliyyə dəstəyi olmasa, növbəti üç il ərzində şirkət
yüksək borc öhdəliklərini yerinə yetirməkdə və 1 milyard manat (600
mln. dollar) həcmindəki əsaslı investisiya ehtiyacını təmin etməkdə
çətinliklə üzləşəcək. Belə başa düşürük ki, Strateji Yol
Xəritələrinə uyğun olaraq “Azərenerji” aktivlərinin keyfiyyətini
artırmaq üçün kapital qoyuluşu planlayır. Eyni zamanda, şirkətin
xərc strukturu da yaxşılaşıb və bizim 2018-ci il üçün baza
ssenarimizə əsasən deyə bilərik ki, “Azərenerji” 2017-ci illə
müqayisədə əməliyyat fəaliyyətindən daha stabil gəlir əldə edəcək.
Bu isə 2015-ci ilə müqayisədə 2 dəfə çoxdur,” – deyə məlumatda qeyd
olunub. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp