Azərbaycanın hansı bölgələrində insanlar daha az yaşayır?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanda ən yüksək uzunömürlülük indeksləri dağlıq
və dağətəyi ərazilərdə müşahidə olunur.

Publika.az xəbər verir ki, bu sözləri AMEA-nın
Ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Kollegiyasının “İnsan sağlamlığı Azərbaycan cəmiy­yə­tinin
inkişa­fı­nın əsasıdır” mövzusu­nda birgə elmi sessiyasında çıxış
edən AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə
elmlər doktoru Ulduz Həşimova bildirib.

Onun sözlərinə görə, statistik məlumatların təhlili ölkədə
uzunömürlülüyün coğrafiyasını müəyyən etməyə və müvafiq xəritənin
tərtibinə imkan verib.

Araşdırmanın nəticələrini diqqətə çatdıran alim Azərbaycanda
uzunömürlülüyün demoqrafik aspektlərindən danışıb:

“Uzunömürlülük ayrı-ayrı rayonlarda müxtəlif səviyyədə müşahidə
olunur. Rayonlararası fərqlər kifayət dərəcədə qabarıq olaraq ən
aşağı 3,4 faizdən ən yuxarı 53,8 faizə qədər diapazonda dəyişir.
Ölkə üzrə ən aşağı uzunömürlülük indeksləri Abşeron iqtisadi
zonası, cənub-şərq və cənub-qərb bölgələrinin bəzi rayonlarında
qeydə alınır. Ən yüksək göstərici əsasən ölkənin dağlıq və dağətəyi
ərazilərində müşahidə olunur. Şəhərlərdə uzunömürlülük indeksi
rayonlar ilə müqayisədə daha aşağıdır. Coğrafi cəhətdən yaxın
rayonlarda isə bu göstəricilər oxşardır”.

Alim bildirib ki, Azərbaycan dünyada uzunömürlülüyün populyasiya
fenomeni kimi təmsil olunduğu nadir regionlarındandır:

“Uzunömürlü insanların ölkənin ayrı-ayrı ərazilərində kompakt
şəkildə yaşaması müasir beynəlxalq təcrübəyə əsaslanan herontoloji
tədqiqatların aparılmasına geniş imkanlar açır.Dünya əhalisinin
getdikcə qocalması fenomeni, sağlam və ya “fizioloji qocalma”
haqqında biliklərin genişləndirilməsinə və dərinləşdirilməsinə
imkan yaradan kompleks tədqiqatların aktuallığını ön plana
çəkir”.

Uzunömürlülük fenomeninin kompleks tədqiqi üçün unikal imkanların
olduğunu deyən institut direktoru bildirib ki, herontologiya
2015-ci ildə AMEA-nın rəhbərliyi tərəfindən respublika elminin
prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Tapşırığa
əsasən, qocalmanın biologiyası ilə xüsusi tədqiqat proqramı
hazırlanıb. U.Həşimova vurğulayıb ki, rəsmi demoqrafik məlumatların
təhlili və yüksək uzunömürlülük indeksinə malik rayonlarda
tibbi-bioloji tədqiqatların aparılması bu proqramın tərkib
hissələridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp