Astanadan gələn sərnişindən 595 qram kalium permanqanat aşkarlandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Astana-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının
əl yükü “X-Ray” baxış-rentgen texnikası vasitəsilə gömrük
nəzarətindən keçirilən zaman monitorda şübhəli təsvirlər müşahidə
edildiyindən və yükün sahibinin hərəkətləri gömrükçülərdə şübhə
doğurduğundan həmin şəxsin əl yükünə təkrar gömrük baxışı
keçirilib.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən
məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının
apardığı yoxlama zamanı tünd boz rəngli çamadanın içərisindən
əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və ya
yazılı formada bəyan olunmayan, 2 ədəd karton qutularda
qablaşdırılan, üzərində kiril əlifbası ilə “Kaliya Permanqanat”
sözləri yazılan hər biri 5 qramlıq 119 ədəd plastik qablar aşkar
olunub.

Aşkar edilən maddə fiziki-kimyəvi ekspertizadan keçirilməsi üçün
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib.
Mərkəzin təqdim etdiyi ekspert arayışına əsasən 2 ədəd karton
qutuda ümumi 119 ədəd plastik qabda, üzərində “Kalium Permanqanat”
– 5 qram yazıları olan qara rəngli parıltılı, kristalik formada
maddə bir ədəd plastik qabda təmiz çəkisi 5,0 qram və ümumi 119
ədəd plastik qabda ümumi təmiz çəkisi 595,0 qram maddə kalium
permanqanatdır (prekursor). Kalium permanqanat “Azərbaycan
Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş,
məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop
maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına,
ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi
razılıq) tələb olunan prekursorların siyahısı”nın IV siyahısıına
daxildir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp