Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında modul tipli 8 məktəb quraşdırılacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev fevralın 16-da “Ağdam, Laçın,
Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə
əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, Ağdam, Laçın, Füzuli və Tərtər
rayonlarında cəmi 444 şagird yerlik modul tipli 8 məktəbin
quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il
dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya
xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci
yarımbəndində göstərilmiş məbləğin 2 milyon 590 min manatı Təhsil
Nazirliyinə ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp