ABŞ 13 rusiyalıya qarşı ittihamlar irəli sürdü
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Rusiya ABŞ-dakı seçkilərə müdaxiləsi haqqında araşdırma
üzrə ABŞ-ın xüsusi prokuroru Robert Müller Rusiya Federasiyasının
13 vətəndaşına qarşı ittihamlar irəli sürüb.
Publika.az xəbər verir ki, bu haqda Müllerin
ofisinə istinadən “Blomberg” agentliyi bildirib.
Rusiya vətəndaşları ABŞ-dakı prezident seçkilərinə müdaxilədə
ittiham olunurlar. Müller ofisi iddia edir ki, bir sıra Rusiya
vətəndaşları seçkilərə müdaxilə məqsədi ilə ABŞ-da kəşfiyyat
informasiyasını toplayırdı.
Ömər