2 yaşlı uşaq qatar yoluna düşdü
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
2 yaşlı uşaq anasının gözləri önündə qatar relslərinin
arasına düşdü.
Publika.az xəbər veri ki, hadisə İtaliyanın
Milan şəhərində baş verib. Şəhərin metrostansiyalarından birində
anası ilə qatar gözləyən azyaşlı anidən oturduğu yerdən qalxaraq
özünü relslərinin üstünə atıb. Ətrafdakı insanlar təlaşla onu
çıxartmağa cəhd ediblər. Elə bu zaman Lorenzo Pianazza adlı gənc
özünü qatar yoluna ataraq 2 yaşlı uşağı oradan çıxarıb.
Hadisə anbaan metrostansiyanın təhlükəsizlik kameralarına
düşüb.
Həmin görüntüləri təqdim edirik:
Könül Cəfərli